"Qəbələ" - "Lill" matçına nə qədər bilet satılıb?

"Qəbələ" - "Lill" matçına nə qədər bilet satılıb?

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qəbələ" doğma azarkeşləri önündə "Lill"i qəbul edəcək. Fanat.az  xəbər verir ki, qarşılşamaya bu saatadək 3500 bilet satılıb.

Bu rəqəmin oyun gününə qədər artacağı istisna deyil. Maraq üçün bildirək ki, oyunun biletləri Tofiq Bəhramov adına Respublika stadionun və matçın baş tutacağı arenanın kassalarında satılır.

Qeyd edək ki, matçın keçiriləcəyi "Bakcell Arena"nın azarkeş tutumu 11 min nəfərlikdi.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər