"Qəbələ" - "Lill": hakimlər müəyyənləşdi

"Qəbələ" - "Lill": hakimlər müəyyənləşdi

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Lill" cavab oyununun hakimləri müəyyənləşib.

Qarşılaşmanı Rusiya hakimi Aleksey Eskov idarə edəcək. Ona Dmitri Mosiakin və İqor Demeşko köməklik edəcək. Dördüncü hakim funksiyasını Vladimir Moskalev yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Lill" oyunu avqustun 4-ü keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər