Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada - Zalsburq bölgəsində keçirən "Qəbələ" bu gün növbəti sınaq oyununa çıxıb. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" Kiyev “Dinamo”su ilə üz-üzə gəlib.
Oyun ukraynalıların 2:1 hesablı qələbəsiylə bitib. Təmsilçimizin yeganə qoluna Elvin Məmmədov imza atıb.
Bu, “Qəbələ”nin Avstriyada sayca 7-ci matçı olub. Təmsilçimiz buna qədər “Fulpmes” (Avstriya – 8:0) və “Qrodiq” (Avstriya – 7:0) üzərində böyük hesablı qələbə qazanıbsa, “Axmat” (Rusiya – 0:1), “Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və “Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.
Fanat.Az