"Qəbələ" - "Anderlext" oyununun biletləri satışda

"Qəbələ" - "Anderlext" oyununun biletləri satışda

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" (Belçika) oyununun biletləri satışa çıxarılır. 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. 

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. 

Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da  keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər