"Qəbələ" qələbə qazandı, "Qarabağ" xal itirdi

"Qəbələ" qələbə qazandı, "Qarabağ" xal itirdi

Əvəzedici heyətlərin çempionatında XX turun oyunları kerilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

AZAL - "Neftçi" oyununda iki qol vurulub və qalib müəyyənləşməyib - 1:1. "Zirə" doğma meydanda "Sumqayıt"ı 3:0 hesabı ilə darmadağın edib.

Qalan iki qarşılaşma bu gün baş tutub. "Qəbələ" səfərdə "Kəpəz"ə qalib gəlib - 2:0. "Qarabağ" - "İnter" matçı isə 1:1 hesabı ilə yekunlaşıb.

Əvəzedici heyətlər

2016/17 mövsümü

III dövrə, XX tur

25 fevral

AZAL - Neftçi 1:1

Qollar: Elçin İsmayılov, 7 - Kənan Mirzəliyev, 38.

Zirə - Sumqayıt 3:0

Qollar: İlkin Muradov, 21. Yamin Ağakərimzadə, 38. Muxtar Əliyev, 86. 

27 fevral

Kəpəz - Qəbələ 0:2

Qollar: Fərid Nəbiyev, 37. Ramil Hasanov, 82.

Qarabağ - İnter 1:1

Qollar: Elgün Nəbiyev, 37 - Mirhüseyn Seyidov, 64-pen.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər