"Qəbələ" qələbə qazandı

"Qəbələ" qələbə qazandı

Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci sınaq matçına çıxıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz “Saburtalo”nun əvəzedici komandası ilə qarşılaşıb.

 

Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib.

 

Görüş Elmar Baxşıyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Gərgin mübarizə şəraitində keçən matçın ilk yarısında Ülvi İsgəndərov hesabı açıb. Matçın ikinci hissəsində isə Ravil Yusifli dubl müəllifi olub.

 

Qeyd edək ki, “Qəbələ”nin əvəzedici komandası avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qolsuz heç-heçəyə imza atıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər