"Qəbələ" müdafiəçisini saxlayır

"Qəbələ" müdafiəçisini saxlayır

Roman Qriqorçuk mərkəz müdafiəçisi Rasim Ramaldanovu heyətdə saxlayacaq. Fanat.Az xəbər verir ki, ukraynalı çalışdırıcının daha yaxçı stopper axtarışları effektsiz alındığından Ramaldanovla bağlı fikri dəyişib.

Ona yeni anlaşma təklif edilib. Arxa xətt oyunçusunun yaxın günlərdə birillik müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Ramaldanov "Qəbələ"yə bu qış Gürcüstan "Kolxeti"sindən ayrılaraq gəlmiş, mövsümün sonunadək nəzərdə tutulan sözləşməyə qol çəkmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər