"Qəbələ" matçından öncə "Qarabağ"da ŞOK İTKİ

"Qəbələ" matçından öncə "Qarabağ"da ŞOK İTKİ
"Qarabağ" daha bir hücumçusunun xidmətindən məhrm olub. Fanat.Az xəbər verir ki, bu dəfə Ağabala Ramazanov sıradan çıxıb.
Belə ki, gənc hücumçu cəzalı duruma düşüb. "Kəpəz"lə oyunun 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Ramazanov sarı vərəqə limitini doldurub. Maraqlıdı ki, qışda "Qarabağ"a transfer olunan futbolçu keçirdiyi ardıcıl 4 oyunun hamısında sarı vərəqə alıb. Bu səbəbdən o, XIX turun "Qəbələ" ilə matçını buraxmalı olacaq.
"Qarabağ" bundan əvvəl əsas oyunçularından Dani Kintananı itirib. İspan futbolçu zədələnərək uzun müddətlik sıradan çıxıb. Bundan başqa komandanın kapitanı Rəşad Sadıqov da zədəlidi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər