"Qəbələ" - “Lill” qarşılaşmasının biletləri satışa çıxır

"Qəbələ" - “Lill” qarşılaşmasının biletləri satışa çıxır

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" - "Lill” (Fransa) matçının biletləri sabah - avqustun 1-dən satışa çıxarılacaq. 

Fanat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən - oyunun keçiriləcəyi "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır. 

Xatırladaq ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – "Lill” qarşılaşması saat 21:00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər