"Qəbələ" ilə oyundan əvvəl ciddi itki

"Qəbələ" ilə oyundan əvvəl ciddi itki

AZAL itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Tural Hümbətovun xidmətindən məhrum olub.

Belə ki, 22 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Qarabağ"la matçın 28-ci dəqiqəsində sarı vərəqə alan Tural limiti doldurub. Bu onun cari mövsümdə 4-cü sarısı olduğundan XI turda "Qəbələ"yə qarşı oynamayacaq.

Qeyd edək ki, Tural AZAL-ın əsas müdafiəçilərindən biridi. O, arxada qalan 10 turun hamısında sonadək meydanda olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər