"Qəbələ" Şotlandiya "Reyncers"indən icarəyə götürmək istədiyi Endi Hallideyə görə qarşı tərəfə pul ödəməyəcək. Fanat.Az-a klubdan verilən məlumata görə 26 yaşlı yarımmüdafiəçi ilə yalnız əməkhaqqı məsələsi razılaşdırılmalıdı.
Qlazqo təmsilçisinin baş məşqçisi Pedro Kayşinyaya lazım olmayan orta xətt oyunçusu təmsilçimizin təklif etdiyi maaş qarşılığında Azərbaycan klubunda oynamağa razılaşsa, birillik icarə müqaviləsinə imza atacaq.
Qeyd edək ki, Hallidey "Qəbələ"nin formasını geyinsə, Premyer Liqamızda top qovan ikinci şotland olacaq. 2011/12 mövsümündə qapıçı Qrem Smit də məhz qəbələlilərin şərəfini qoruyub.
Fanat.Az