"Qəbələ" Dabonu yenə itirdi

"Qəbələ" Dabonu yenə itirdi

“Qəbələ”nin hücumçusu  Baqali Dabo Topaz Premyer Liqasının XIII turunda “Qarabağ”a qarşı forma geyinə bilməyəcək. 

Fanat.Az xəbər verir ki, buna səbəb seneqallı futbolçunun Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Qəbələ” – “Anderlext” matçında zədələnməsidir.

Dünən “Bakcell Arena”da baş tutan matçda xəsarət aldığı üçün zədəsini yeniləyən Dabonun ən azı 2 həftə oynamayacağı ehtimal olunur.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı noyabrın 29-da keçiriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər