"Qəbələ" Cavidsiz qaldı

"Qəbələ" Cavidsiz qaldı

"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov sıradan çıxıb. Fanat.Az-a klubdan verilən məlumata görə bu gün Bakıya qayıdacaq Hüseynov məşqdə xəsarət alıb.

Orta xətt oyunçusunun zədəsi ciddi olmasa da, təxminən 10 gün məşqlərdə iştirak edə bilməyəcək. Hərçənd futbolçunun Avroliqanın 2-ci təsnifat mərhələsinin oyunlarınadək problemi geridə qoyacağı dəqiqdi.

Qeyd edək ki, "Qəbələ" iyulun 13-də və 20-də "Yagelloniya" (Polşa) - "Dinamo" (Gürcüstan) cütünün qalibiylə münasibətlərinə aydınlıq gətirəcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər