"Qəbələ" Avroliqayla vidalaşdı

"Qəbələ" Avroliqayla vidalaşdı

Bu gün "Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Roman Qriqorçukun komandası Bakıda Yunanıstan “Panatinaikos”unu qəbul edib.

İlk oyunda "yaşıllar"a 0:1 hesabıyla uduzan təmsilçimizi AL-in pley-offuna yalnız qələbə çıxaracaqdı. Məlum olduğu kimi, qonaq qismində qol vurmağı bacarmayan "qırmızı-qaralar" afinalıları 2 top fərqiylə üstələməyə çalışacaqdı. 2:1, 3:2 və 1 top üstünlüyüylə gerçəkləşə biləcək başqa mümkün zəfərlər işə yaramayacaqdısa, 1:0 hesabı hər şeyi əlavə vaxta, eyni zamanda, penaltilər seriyasına daşıya bilərdi.

 

2 il öncə məhz bu rəqibini pley-offda üstələyərək (0:0,2:2) tarixində ilk dəfə Avroliqanın qrupuna düşən qəbələlilər hesabı açsa da, sonradan 2 top buraxaraq Avroliqayla vidalaşdı.

 

 

  

“Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 1:2

Qol: Moledo, 52 (öz qapısına) - Lod, 63. Kabezas, 67.

Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 45. Famussa Kone

Baş məşqçi: Roman Qriqorçuk

 

 “Panatinaikos”: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman, 8. Gilyerme Molins, 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis, 78. Usman Kulibali

Ehtiyat oyunçular: 15. Luk Stil, 5. Nuno Reis, 6. Kristos Donis, 11. Brayan Kabezas, 18. Lusiano, 41. Stefanos Evangelo, 49. Sotiris Pispas

Baş məşqçi: Marinos Ozounidis

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər