"Qəbələ" afrikalı hücumçusuna qovuşdu- RƏSMİ

"Qəbələ" afrikalı hücumçusuna qovuşdu- RƏSMİ

 “Qəbələ” daha bir futbolçu transfer edib. Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi legioner hücumçuyla icarə müqaviləsi imzalayıb.

 

Anlaşmaya əsasən malili forvard Famoussa Kone 1 il “qırmızı-qara” forma geyinəcək.

 

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb.

 

2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında mübarizə aparıb.

Qeyd edək ki, 11 futbolçusuyla vidalaşan "qırmızı-qaralar" daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales, Stiven Jozef-Monroz, Dion Malone və Endi Hallideyi heyətinə qatıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər