Aqil Məmmədovu heyətinə qatan "Qəbələ" David Petrzkeviçlə yolları ayırıb. Fanat.Az-a klubdan verilən məlumata görə Dmitri Bezotosnıya yerli əvəzləyici tapan Roman Qriqorçuk ehtiyatda əcnəbi qolkiperin qalmasını istəməyib.
Polşalı əlcək sahibinə qədər 8 oyunçusunu - Teo Uiks, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov və Rafael Santosu yola salan bölgə təmsilçisi transfer çalışmalarını davam etdirəcək.
Fanat.Az