"Qarabağ"la "Qəbələ"ni nə qədər tamaşaçı izləyib?

"Qarabağ"la "Qəbələ"ni nə qədər tamaşaçı izləyib?
Avropa Liqasında qrup mərhələsi başa çatdı. "Qarabağ" "Fiorentina"ya uduzub qrupda qaldısa, "Qəbələ"nin mərhələ adlaya bilməyəcəyi daha əvvəldən bəlli idi. Bu səbəbdən Almaniyada "Maynts"la baş tutan qarşılaşma formal xarakter daşıyırdı.
Fanat.Az klublarımızın iştirakı ilə baş tutan oyunlardakı azarkeş saytına nəzər yetirib. 
"Qarabağ"ın 3 ev oyununu ümumilikdə 54734 nəfər canlı izləyib ki, bu da hər qarşılaşmada stadiona orta hesabla 18244 nəfərin toplaşması deməkdi. Ən çox azarkeş PAOK-la matçda olubsa, "Slovan"la qarşılaşmanı cəmi 6200 nəfər izləyib. Bu həmin görüşün "Dalğa Arena"da baş tutması ilə bağlıdı.

“Qarabağ”ın ev oyunları

Qarabağ - PAOK

26784

Qarabağ - Fiorentina

21750

Qarabağ - Slovan

6200

"Qarabağ"ın səfər matçlarına 30563 nəfər maraq göstərib. Bu hər oyunda 10187 tamaşaçı deməkdi. Ağdam kluğu ən çox "Fiorentina", ən az isə "Slovan"la səfər görüşündə azarkeş görüb.

“Qarabağ”ın səfər oyunları

Fiorentina - Qarabağ

14145

PAOK - Qarabağ

11476

Slovan - Qarabağ

4942

"Qəbələ"nin 3 ev oyununda stadiona 16600 nəfər toplaşıb. "Qırmızı-qaralar"ın hər oyununu orta hesabla 5533 nəfər izləyib. "Maynts"la oyun daha çox marağa səbəb olub. "Anderlext" matçına isə daha az tamaşaçı maraq göstərib.

“Qəbələ”nin ev oyunları

Qəbələ - Maynts

6500

Qəbələ - Sent-Etyen

5600

Qəbələ - Anderlext

4500

"Qəbələ"nin səfər oyunlarında daha çox azarkeş olub - 47353 nəfər. Bu hər matçda orta hesabla 15784 nəfərin stadiona gəlməsi deməkdi. "Sent-Etyen"lə oyunda "Qəbələ" azarkeş təzyiqini daha çox hiss edib. "Anderlext"lə matçda isə tamaşaçıların sayı daha az olub.

“Qəbələ”nin səfər oyunları

Sent-Etyen - Qəbələ

22855

Maynts - Qəbələ

12860

Anderlext - Qəbələ

11638

Beləliklə, 2 klubumuzun 6 ev oyununa ümumilikdə 71334 nəfər maraq göstərib (orta hesabla 11889 nəfər). Səfər matçlarında isə bu say 77916 nəfər olub (orta hesabla 12986).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər