"Qarabağ"la "Qəbələ"dən geriyə addım

"Qarabağ"la "Qəbələ"dən geriyə addım

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Fanat.Az xəbər verir ki, VI turda keçrilən 40 qarşılaşma siyahıda dəyişikliklərlə səbəb olub.

Siyahıdakı 7 təmsilçimizin hamısı geriləyib. Doğma meydanda "Fiorentina"ya yenilən "Qarabağ" 1 pillə geriləyərək 105-ci yerə düşüb. Ağdam klubunun aktivində 18,050 xal var.

Avrokuboklarda iştirak etməyən "Neftçi" 162-ci yerə düşüb. Aktivində 9,800 xal olan "ağ-qaralar" 162-ci yerdə qərarlaşıb. Almaniyada “Maynts 05”ə iki cavabsız qolla uduzan "Qəbələ" 3 addım geri düşüb. "Qırmızı-qaralar" hazırda 185-ci pilləni tutur.

"İnter" 5 klubla 225-ci (6,050 xal), "Xəzər Lənkəran" 2 klubla 277-ci (4,550 xal) yerə şərikdi. "Bankirlər" 5, hazırda yalnız uşaq komandaları ilə fəaliyyət göstərən "ağ-yaşıllar" 1 pillə geriyə gedib. "Kəpəz" də 1 pillə geriləyib və 299-cu olub (4,050 xal). Tarizin yaddaşına qovuşmuş "Bakı" isə 307-ci yerə şərikdi (3,800 xal).

Qeyd edək ki, İspaniya “Real”ının (160,656) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 149,299 xalla 2-ci, “Barselona” (İspaniya) 146,656 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər