"Qarabağ"la "Neftçi"nin sabiq üzvləri A Seriyasında

"Qarabağ"la "Neftçi"nin sabiq üzvləri A Seriyasında
"Qarabağ" və "Neftçi"ın sabiq futbolçuları eyni komandada oynayacaq. Fanat.az xəbər verir ki, Danilo Diasla Karlos Kardozo Braziliyanın A Seriyasında çıxış edən "Amerika" klubuna transfer olunub.
"Qarabağ"dan ayrılandan sonra Portuqaliyanın "Uniao Madeyra" klubuna keçən Dias 6 il sonra vətəninə dönüb. Belə ki, o, sonuncu dəfə 2010-cu ildə Braziliyanın "İpatinqa" klubunda oynamışdı.
"Neftçi"dən sonra "Traktorsazi"nin formasını geyinən Kardoso isə sonuncu dəfə 2013-cü ildə vətənində "Vitoriya"nın uğurları üçün çalışıb.
Qeyd edək ki, Dias 2014/15 mövsümündə "Qarabağ"da (16 oyun, 2 qol), Kardoso 2013-2015-ci illərdə "Neftçi"də (68 oyun, 6 qol) oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər