"Qəbələ" ciddi itkilərlə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk 3 futbolçunun xidmətindən məhrum olub.
Belə ki, Vitali Vernidub, Aleksey Qay və Rəşad Sadiqov cəzalı duruma düşüb. Hər 3 futbolçu "Zirə" ilə oyunda sarı vərəqə limitini doldurub.
Vernidub matçın 16-cı dəqiqəsində rəqibə badalaq vurduğuna görə, Qay 66-cı, Sadiqov 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Bu onların cari mövsümdə aldığı 4-cü sarı vərəqə olduğundan XXXIV turun "Qarabağ"la səfər matçını buraxacaqlar.
Fanat.az