"Qarabağ" və "Qəbələ"nin oyunlarına necə baxaq?

"Qarabağ" və "Qəbələ"nin oyunlarına necə baxaq?
Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində cavab matçına çıxacaq təmsilçilərimiz "Qarabağ" və "Qəbələ"nin oyunları televiziya vasitəsi ilə yayımlanacaq.
 
Fanat.Az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin "Göteborq" komandasını qəbul edəcək "Qarabağ"ın matçı 20.30-dan etibarən "İdman Azərbaycan"da canlı yayımlanacaq.
Bakı vaxtı ilə 22.15-də start götürəcək "Maribor" - "Qəbələ" görüşü isə "CBC Sport" kanalından izləmək mümkün olacaq. 
Qeyd edək ki, ilk görüşdə "Qarabağ" rəqibinə 0:1 hesabı ilə məğlub olub. "Qəbələ" isə Sloveniya təmsilçisini 3:1 hesabı ilə yenib. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər