"Qarabağ" və "Qəbələ"nin növbəti rəqibləri nə vaxt bəlli olacaq?

"Qarabağ" və "Qəbələ"nin növbəti rəqibləri nə vaxt bəlli olacaq?

Çempionlar Liqasının və Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb. Fanat.az xəbər verir ki, qitənin bir nömrəli yarışının püşkatması avqustun 5-də baş tutacaq. 

Mərasim saat 14.00-da start götürəcək. Avroliqanın püşkatma mərasimi isə bundan bir saat sonra başlayacaq.

Maraq üçün bildirək ki, ÇL-də təmsilçimiz olan "Qarabağ" bu gün III təsnifat mərhələsinin cavab matçında Çexiya "Viktoriya"sı ilə qarşılaşacaq. Bundan iki gün sonra isə Avroliqada "Qəbələ" "Lill"i qəbul edəcək.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər