"Qarabağ" uşaqlara, "Neftçi" azarkeşlərə görə cərimələndi

"Qarabağ" uşaqlara, "Neftçi" azarkeşlərə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın IV turunda baş verən qayda pozuntularına hüquqi qiymət verib

“Neftçi” - “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

“Kəpəz” - “Zirə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Qarabağ” - AZAL matçında ev sahibiləri oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunub.

Əvəzedici heyətlərin çempionatının IV turunun “Neftçi” -“Qəbələ” matçının 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Sənan Əlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 80 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Neftçi”nin məşqçisi Vitali Kovalyov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalandırılıb, klub 400 manat cərimə edilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər