Topaz Premyer Liqasında XII turun oyunları davam etdirilib. Fanat.az хəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Günün ilk oyununda "Xəzər Lənkəran" "Qarabağ"ı qəbul edib. Turnir cədvəlinin lideri səfərdə 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 33-cü dəqiqədə Əfran İsmayılov deyib.
Digər oyunda isə "Neftçi" "Rəvan"ı sınağa çəkib. Ötən tur "Sumqayıt"ı yenərək 6 oyunluq qələbəsizliyə son qoyan "ağ-qaralar" autsayderə uduzub. Hesabı 41-ci dəqiqədə Ruslan Qurbanov açıb. "Rəvan" buna 47-ci dəqiqədə Nicat Muxtarovun qolu ilə cavab verib. 59-cu dəqiqədə Yamin Ağakərimzadə qonaqları hesabda önə keçirib. 65-ci dəqiqədə Ruslan Tağızadə fərqi iki topa çatdırıb. 90-cı dəqiqədə dubl edən Ruslan Qurbanov oyunda son nöqtəni qoyub. Beləliklə, "Rəvan" "Neftçi" üzərində 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Zirə" "Sumqayıt"ı 3:2 hesabı ilə yenib, AZAL - "Kəpəz" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sabah keçiriləcək "Qəbələ" - "İnter" matçı ilə yekun vurulacaq.
Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XII tur
8 noyabr
Xəzər Lənkəran - Qarabağ 0:1
Qol: Əfran İsmayılov, 33.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı (99. Mahsum Qəmbərli, 46), 12. İlyas Səfərzadə (5. Fərid Əsədov, 86), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 41. Hüseyn Xəlilzadə.
Baş məşqçi: Yunis Hüseynov.
Qarabağ: 13. İbrahim Şehiç , 5. Maksim Medvedev (k), 8. Migel Madera, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov (10. Dani Kintana, 65), 25. Ansi Aqolli, 29. Raydell Pupon (90. Samuel Armenteros, 86), 55. Bədavi Hüseynov, 70. Çumbinyo (20. Riçard Almeyda, 75), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 38. Famin Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: İlqar Qurbanov, 40 (sürüşmə fəndini düzgün yetinə yetirmədiyinə görə). Migel Madera, 49 (sürüşmə fəndini düzgün yerinə yetirmədiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 4700 tamaşaçı.
Neftçi - Rəvan 2:3
Qollar: Ruslan Qurbanov, 41; 90 - Nicat Muxtarov, 47. Yamin Ağakərimzadə, 49. Ruslan Tağızadə, 65.
Neftçi: 24. Miçal Peskoviç, 4. Rahil Məmmədov, 5. Melli, 3. Jairo Rodriges (26. Kamal Qurbanov, 72), 18. Kaue da Silva (8. Elşən Abdullayev, 56), 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 15. Erik Ramos (k), 19. Fəhmin Muradbəyli, 20. Anete, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 22. Mirabdulla Abbasov, 33. Orxan Bəşirov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
Rəvan: 32. Kostantin Maxnovski, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 8. Məmməd Quliyev, 11. Şerif Suma, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov, 21. Novruz Məmmədov (14. Elvin Əliyev, 46), 92. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov (7. Elvin Həsənəliyev, 75).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 6. Vüqar Bəybalayev, 39. Əlibəy Məmmədli, 55. Hüseyn Axundov, 86. Fərid Quliyev.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Ruslan Qurbanov, 31 (hakim qərarına etiraz). Miçal Peskoviç, 77 (qeyri-idman hərəkəti) - Ramazan Abbasov, 77 (qeyri-idman hərəkəti). Məmməd Quliyev, 84 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Mehman Mahmudov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bakcell Arena". 500 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 12 | 9 | 2 | 1 | 21-8 | 29 | |
| 2 | Qəbələ | 11 | 6 | 3 | 2 | 18-6 | 21 | |
| 3 | Zirə | 12 | 5 | 6 | 1 | 13-10 | 21 | |
| 4 | İnter | 11 | 5 | 4 | 2 | 9-7 | 19 | |
| 5 | Kəpəz | 12 | 5 | 4 | 3 | 15-11 | 19 | |
| 6 | Neftçi | 12 | 3 | 4 | 5 | 13-15 | 13 | |
| 7 | Xəzər Lənkəran | 12 | 3 | 3 | 6 | 10-16 | 12 | |
| 8 | Sumqayıt | 12 | 2 | 5 | 5 | 11-15 | 11 | |
| 9 | AZAL | 12 | 2 | 3 | 7 | 6-15 | 9 | |
| 10 | Rəvan | 12 | 1 | 2 | 9 | 7-20 | 5 | |
| Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 5. Aleksey Antonov (Qəbələ), Aleksey Qay (Qəbələ), Samuel Armenteros (Qarabağ), Juninyo (Kəpəz), Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 4. | |||||||
Fanat.az