"Qarabağ" üçün "qızıl mövsüm" - "Neftçi" titulsuz qaldı

"Qarabağ" üçün "qızıl mövsüm" - "Neftçi" titulsuz qaldı
Azərbaycanda 2015/16 futbol mövsümünə rəsmən yekun vurulub. Fanat.az xəbər verir ki, mövsümün son oyunu Azərbaycan Kubokunun finalı olub.
Həlledici matçda "Qarabağ"la "Neftçi" qarşılaşıb. Bütün çempionatların iştirakçısı olmuş rəqiblərin dueli Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. 90 dəqiqə qolsuz bərabərliklə yekunlaşıb və qalib əlavə vaxtda müəyyənləşib. 30 dəqiqənin tamamında - 120-ci dəqiqədə "Neftçi"nin qapısına yol tapan Migel Madera "Qarabağ"ı kubokun qalibi edib.
Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan "Qarabağ" ötən il olduğu kimi mövsümü "qızıl dubl"la başa vurub. Komandalar ardıcıl ikinci dəfə finalda qarşılaşıb. Ötən mövsüm Qəbələdə baş tutan görüşdə "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı. "Qarabağ"la "Neftçi" ilə dəfə kubokun finalında 1995/96 mövsümündə üz-üzə gəlib. Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "ağ-qaralar" qələbə qazanmışdı - 3:0.
"Neftçi" Azərbaycan Kubokunun rekordçusudu. Belə ki, "ağ-qaralar" indiyədək hamıdan çox - 7 dəfə kuboku başı üzərinə qaldırıb. 4 dəfə həlledici matçda uduzmuş Bakı klubu ardıcıl 5-ci dəfə final oynayıb.
 
"Qarabağ" isə "Kəpəz"i geridə qoyub. Belə ki, Ağdam klubu bu günədək gəncəlilərlə birlikdə "Neftçi"dən sonra kubrku ən çox qazanan klublar idi. 5-ci dəfə qalib olan "Qarabağ" ölkə kubokunun ən titullu ikinci klubudu. Ağdam təmsilçisi 3 dəfə finalda uduzub. 
"Neftçi"ni məğlub edən Qurban Qurbanov ölkə kubokunu 3-cü dəfə qazanıb.
Azərbaycan kuboku
Final
25 may
Qarabağ - Neftçi 1:0
Qol: Migel Madera, 120.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (22. Əfran İsmayılov, 112), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (99. Muarem Muarem, 110), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov (91. Coşqun Diniyev, 77).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui.
Baş məşqşi: Qurban Qurbanov.
Neftçi: 1. Aqil Məmmədov, 3. Jairo Rodriges, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k) (9. Nikolas Kanales, 84), 8. Elşən Abdullayev (19. Fəhmin Muradbəyli, 111), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev (5. Melli, 115), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 10. Cavid İmamverdiyev, 20. Anete, 41. Aqşin Qurbanlı.
Baş məşqşi: Vəli Qasımov.
Sarı vərəqələr: Dani Kintana, 92 (qeyri-idman hərəkəti). Migel Madera, 117 (qeyri-idman hərəkəti) - Ruslan Qurbanov, 92 (qeyri-idman hərəkəti). Erik Ramos, 117 (qeyri-idman hərəkəti). Aqil Məmmədov, 117 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Reynaldo Silva, 120+1 (aqressiv hərəkət) - Erik Ramos, 120 (aqressiv hərəkət).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Tofiq Bəhramov adına Respublika stadionu. 23000 tamaşaçı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər