"Qarabağ" "Neftçi"nin qəniminə tapşırıldı

"Qarabağ" "Neftçi"nin qəniminə tapşırıldı
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifxat mərhələsində "Seltik"lə (Şotlandiya) keçirəcəyi hər iki oyunun hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA oyunları avstriyalı və isveçli hakimlər briqadasına tapşırıb.
İyulun 29-da Qlazqoda baş tutacaq oyunu avstriyalı Robert Şörgenhofer idarə edəcək. Bu hakim azərbaycanlı azarkeşlərə yaхşı tanışdı. 2008-ci ildə İntertoto Kubokunda Rumıniya "Vasluy”u 3-cü mərhələ çərçivəsində evdə keçirdiyi cavab oyununda "ağ-qaralar”ı 2:0 hesabıyla məğlub edib. Belədə ilk oyunda Bakıda 2:1 hesablı qələbəyə sevinən "Neftçi” mübarizəni dayandırıb. Bu qarşılaşmada Şörgenhofer futbolçulara 6 sarı vərəqə göstərib ki, bunların 4-ü təmsilçimzin payına düşür.
O, ötən mövsüm Avropa Liqasının play-off mərhələsində baş tutan "Neftçi" - "Partizan" (Serbiya) oyununu idarə edib. Avqustun 28-də baş tutan oyunda referi "Neftçi"dən Ernest Nforu (86-cı dəqiqə), Erik Ramosu (90+3) və Kaueni (90+4), "Partizan"dan isə Petar Skuletiçi (90+4) meydandan qovmuşdu. "Neftçi" həmin matçda 1:2 hesabı ilə uduzmuşdu. Şörgenhofer "Seltik"in də oyununu idarə edib. O, 2012-ci ildə şotlandiyalıların Çempionlar Liqasında HİK-lə (Finlandiya) oyununda fit çalıb. "Seltik"in 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə referi Şotlandiya klubundan Viktor Vanyamanı meydandan qovub.
Avqustun 5-də Bakıda baş tutacaq cavab matçını isveçli Martin Strömberqsson idarə edəcək. Bu hakim də "Neftçi"nin oyununa təyinat alıb. Belə ki, o, 2012/13 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinin "Neftçi" - "Hapoel" (Kiryat Şmona, İsrail) oyununu idarə edib. Görüş 2:2 hesabı ilə başa çatıb. Strömberqsson "Neftçi"dən Bruno Bertuççi və Erik Ramosa sarı vərəqə göstərib. İdk oyunda 0:4 hesabı ilə yenilən "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırsa da, Avropa Liqasının play-off mərhələsində APOEL-i yenərək (1:1, 3:1) Azərbaycan tariхində avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.
29 iyul
23.45 Seltik (Şotlandiya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsauer, Rixard Hübler, Dominik Ouşan (Avstriya).
Hakim-inspektor: Raymond Ellingem (Uels).
UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya).
Qlazqo. "Seltik Arena".
5 avqust
21.30 Qarabağ (Azərbaycan) - Seltik (Şotlandiya)
Hakimlər: Martin Strömberqsson, Daniel Qustavsson, Stefan Hallberq, Yohan Hamlin (İsveç).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər