"Qarabağ" "Neftçi"dən daha güclüdü"

"Qarabağ" "Neftçi"dən daha güclüdü"

Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç Bakıda mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, çalışdırıc Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib: 

"Bizim üçün çətin oyun olacaq. “Qarabağ”ı yaxşı tanıyırıq. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayıblar. Bilirik ki, ötənilki heyəti qoruyub saxlayıblar. Rəqibin bəzi oyunlarını izləmişik. "Qarabağ" Avropa komandalarından fərqlənmir. Onlara hörmət edirik. Ancaq sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Sonda bilinəcək ki, qalib kim olacaq. Bilirik ki, rəqibin heyətində həm gənc, həm də təcrübəli futbolçular var. Ancaq onların əksəriyyəti Avropa təcrübəsinə malikdi. 

"Qarabağ" maliyyə imkanları da yaxşı oyunçular almağa şərait yaradı. Bu mövsüm avrokuboklarda növbəti Azərbaycan - Çernoqoriya dueli yaşanacaq. Mən "Mladost"un "Neftçi"yə qarşı hər iki oyununu izləmişəm. Deyim ki, "Qarabağ" "Neftçi"dən daha güclüdü. Ona görə bizə "Mladost"la müqayisədə daha çətin olacaq.

"Qarabağ"a sabah 20 min azarkeş qarşısında oynamaq asan olacaq. Biz isə buna görə çətinliklə üzləşə bilərik. Çünki çempionat oyunlarımızı adətən yüzə yaxın azarkeşin gözü qarşısında keçiririk. Yadıma gəlir ki, iki il öncə Polşada məhz belə izdiham qarşısında məğlub olmuşduq. Nəticəyə gəlincə, sabahkı oyunda qələbə qazanmaq istəyirik. "Qarabağ" imkan versə, qələbə qazanarıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər