Topaz Premyer Liqasının XXII turu "Qarabağ" - "Neftçi" oyunu ilə əlamətdar olacaq. Fanat.az xəbər verir ki, bütün çempionatların iştirakçısı olmuş komandalar çempionatdakı 63-cü oyunlarına çıxacaqlar.
İndiyədək baş tutan 62 oyunda "Qarabağ"ın qələbə sayında üstünlüyü var. Belə ki, Ağdam klubu 24, "Neftçi" 18 qələbə qazanıb. 24 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində "Qarabağ"ın cüzi üstünlüyü var - 60:59.
“Qarabağ” cari mövsümdə əzəli rəqibinə qalib gəlməyib. Belə ki, ilk oyun 1:1 hesabı ilə başa çatıb, ikinci matçda "Neftçi" qələbə qazanıb - 1:0. Son 3 matçda bakılılar qol sevinci yaşayıb. “Neftçi” 5 matçdı səfərdə qalib gəlmir.
| 26.09.1992 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 1:1 |
| 20.10.1992 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 2:1 |
| 16.10.1993 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 1:1 |
| 03.04.1994 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:0 |
| 02.10.1994 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 3:2 |
| 12.02.1995 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 0:0 |
| 17.09.1995 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 2:2 |
| 06.03.1996 | Qarabağ (Ağdam) - Neftçi (Bakı) | 1:1 |
| 04.05.1996 | Qarabağ (Ağdam) - Neftçi (Bakı)* | 1:2 |
| 12.06.1996 |