"Qarabağ" - "Malmö" oyununun biletləri satışa çıxarılır

"Qarabağ" - "Malmö" oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir. 

"Qarabağ" - "Malmö" oyununun biletləri satışa çıxarılır VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər