"Qarabağ" İslandiyaya bu tarixdə yollanacaq - Harada məskunlaşacağı bəllidir

"Qarabağ" İslandiyaya bu tarixdə yollanacaq - Harada məskunlaşacağı bəllidir

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın səfər proqramı bəlli olub.

Fanat.Az-a "köhlənlər"in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan təmsilçisi sabah 16:00-da çarter reysi ilə İslandiyaya yollanacaq.

Ağdam təmsilçisi "Reykyavik Natura" hotelində məskunlaşacaq. 

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər