"Qalatasaray"dan Arda Turana fantastik təklif

"Qalatasaray"dan Arda Turana fantastik təklif

"Qalatasaray" Arda Turanın transfer hüququnu almaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "El  Mundo Deportivo" qəzeti məlumat yayıb. 

Məlumatda bildirilir ki, "Qalatasaray" "Barselona"ya 10 milyon avro təklif edib. Kataloniyalılar əvvəlcə 30 milyon avro istəsə də, sonradan məbləği 20 milyona salıb. Yetirməsini nəyin bahasına olursa-olsun geri qaytarmaq istəyən "Qalatasaray"ın danışıqları davam etdirdiyi və məbləği mümkün qədər aşağı salmağa çalışdığı deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər