"Bir gün "Qalatasaray"a dönəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Barselona"nın və Türkiyə millisinin üzvü Arda Turan deyib.
Futbolçu yetirməsi olduğu kluba qayıdacağını bildirib: "Bir gün klubumda olacağımı hiss edir və buna inanıram. Amma bu hansı formada olacaq onu bilmirəm. Futbolçu, baş məşqçi, bəlkə də prezident olaraq... Bunu zaman göstərəcək".
Arda sevimli klubunun hazırkı vəziyyətindən də danışıb: "Qalatasaray" bu il olmasa da, 3 ilə, 5 ilə toparlanacaq. Çünki "Qalatasaray" Türkiyənin ən böyük klubudu. Önəmli olan özümüzdən, adətlərimizdən uzaqlaşmayaq".
Fanat.az