"Qalatasaray"ın futbolçusu Aleks Telles PSJ-yə keçir. Fanat.az хəbər verir ki, "Cim-Bom"un Paris klubunun təklifini qəbul etdiyi iddia olunub.
Avropa mətbuatının məlumatına görə, PSJ "Qalatasaray"a 8 milyon avro təklif edib. Artıq tərəflər bütün məsələləri razılaşdırıb.
Qeyd edək ki, "Qalatasaray" Tellesi "Qremio"dan 6 milyon 150 min avroya almışdı.
Fanat.az