"Qalatasaray" Futbol Akademiyası "Kartalspor"un A2 komandasında çıxış edən Burak Yılmazı transfer edib. Fanat.az xəbər verir ki, 18 yaşlı futbolçu bundan sonra İstanbul klubunun A2 komandasında çıxış edəcək.
Qeyd edək ki, "Qalatasaray"ın əsas komandasında Türkiyə yığmasının hücumçusu Burak Yılmaz top qovur. İkinci Burak Yılmaz ondan fərqli olaraq, stoper mövqeyində oynayır və "Kartalspor"da meydana çıxdığı 45 matçda 4 qol vurub.
Fanat.az