"Ozancan Türkiyə millisində oynaya bilər" - "Bursaspor" rəsmisi

"Ozancan Türkiyə millisində oynaya bilər" - "Bursaspor" rəsmisi
"Burasapor"un vitse-prezidenti Ali Ademoğlu Azərbaycanın U-21-nin üzvü Ozancan Kökcünün transferindən danışıb. Fanat.Az xəbər verir ki, klub rəsmisi imzalama mərasimindən sonra bunları deyib: 

"Skautlarımızın uzun müddətdi yaxından izlədiyi və bir çox böyük klubun maraq dairəsində olan Ozancan Kökcü ilə müqavilə imzaladıq. Dünən Azərbaycan U-21 ilə Türkiyə U-21-nı qarşı oynadı. Bacarığına və qaydalara görə A millimizdə oynayacaq durumdadı. Skautlarımızın əməyi sayəsində onunla 1 illik müqavilə imzaladıq. Bir çox klub indi bizə hirslənə bilər. Önəmli bir transfer etdik. "Bursaspor"a önəmli bir futbolçu qazandırdığımız üçün xoşbəxtik".Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər