"İnter"in Avropa Liqasının II təsnifxat mərhələsindəki rəqibi "Hafnarfyordur" ikinci dəfə Azərbaycan klubuna rəqib olur. Fanat.az хəbər verir ki, İslandiya təmsilçisi bundan əvvəl "Neftçi" ilə qarşılaşmışdı.
Belə ki, 2005/06 mövsümündə "Neftçi" və "Hafnarfyordur" Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gəlib. Həmin vaхt hər iki oyunda qələbə qazanan (2:0, 2:1) təmsilçimiz mərhələ adlamışdı.
Həmin oyunlarda "Neftçi"nin qollarına Tomislav Mişura (2), Aqil Məmmədov və Nadir Nəbiyev imza atmışdı. "Hafnarfyordur" un yeganə qolunun müəllifi danimarkalı Allan Borqvardt olub.
Fanat.az