Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.az xəbər verir ki, iclasda qəbul olunan qərarlardan biri də "Neftçi" ilə bağlıdı.
Belə ki, noyabrın 4-də U-19 Liqası çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" matçında ev sahibi təhlükəsizliyi təmin etməyib.
"Neftçi" tərəfinin bu məsuliyyətsizliyinə görə İK, bakılılara texniki məğlubiyyət verib.
Fanat.az