"Neftçi"yə gələcək əcnəbi qapıçı kimdir?

"Neftçi"yə gələcək əcnəbi qapıçı kimdir?

Bu gün "Neftçi"nin 4 transferini elan etdiyini xəbər vermişdik. Artıq gedənlərdən ispan mərkəz müdafiəçisi Mellini makedon Vançe Şikov, paraqvaylı Erik Ramosu venesuelalı Edson Kastilyo əvəzləyib. Qapıçı Aqil Məmmədovun yerinə isə hələ hər hansısa bir futbolçu ilə münasibətlər rəsmiləşdirilməyib.

Fanat.az xəbər verir ki, bunun monteneqrolu qapıçı Milan Miyatoviç olması daha yaxındı. Ölkəsinin və Azərbaycanın mətbuatına verdiyi açıqlamasında onun "Neftçi"nin hazırlıq keçdiyi Türkiyənin Bolu bölgəsində olduğu anlaşılır. Monteneqro mətbuatına inansaq, 28 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanılacaq.

O, ölkəsində "Rudar" və "Bokel", İranda isə Kirman "Mes"i və "Zob Ahan"da çıxış edib. "Rudar"la 1 Monteqro çempionluğu və 2 ölkə kuboku onun aktivinə yazılıb. Miyatoviç ötən ilin oktyabrın 12-də Rusiya millisi ilə oyunda yığmasında debüt edib. Ona yığmada cəmi 2 dəfə meydana çıxmaq qismət olsa da, mütəmadi olaraq millidən dəvət alır. Mayın 29-da Türkiyə ilə yoldaşlıq oyunu üçün də dəvət alan Miyatoviç təcrübəli qapıçı Vukaşin Poleksiçə görə ehtiyatda qalmışdı.

Bu arada braziliyalı Bruno Bertuççinin gedişindən sonra müdafiənin sol cinahında problemlər yaşayan "Neftçi" bunu Belçikanın "Lokeren" klubundan icarəyə götürdüyü xorvat Dario Melnyak vasitəsilə doldurmağa çalışır. Belçika mətbuatına görə, 1 il "Neftçi"də icarə əsasında oynayacaq Melnyak daha sonra bu klubun tam hüquqlu futbolçusuna çevrilə bilər. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər