Premyer Liqanın XXVI turunda "Kəpəz"ə yenilən (2:3) "Neftçi" iki ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Vəli Qasımova Fəhmin Muradbəyli və Elşən Abdullayevin xidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. Fəhmin "Kəpəz"lə oyunun 43-cü, Elşən 89-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. Hər iki futbolçu cari mövsümdə 4-cü dəfə cəzalandıqlarından XXVII turun "İnter"lə oyununda iştirak etməyəcəklər.
Fanat.az