Premyer Liqanın XXX turunda "Qarabağ"a uduzan "Neftçi" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Vəli Qasımov Ruslan Qurbanovun xidmətindən məhrum olub.
Belə ki, komandanın bombardiri cəzalı duruma düşüb. Matçın 23-cü dəqiqəsində hakimi aldatmağa cəhdə görə cəzalanan Qurbanov sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 12-ci "sarı"nı alan Ruslan 3-cü dəfə cəzalı duruma düşüb. Bu səbəbdən o, XXXI turun "Zirə" ilə ev oyununu buraxmalı olacaq.
Fanat.az