"Neftçi" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" komandanın əsas qapıçısı Aqil Məmmədovun xidmətindən məhrum olub.
Məmmədov cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 52-ci dəqiqəsində hakim qərarına etiraza görə cəzalanan qolkiper sarı vərəqə limitini doldurub. Bu Aqilin cari mövsümdə aldığı 8-ci "sarı"sı olduğundan XXV turunda AZAL-a qarşı oynamayacaq.
Qeyd edək ki, "Qəbələ" ilə oyunda qırmızı vərəqə alan "Neftçi"nin digər üzvü Filyo Rodriges də növbəti oyunu buraxacaq.
Fanat.az