"Şkendiya" ilə oyun "Neftçi"yə ikiqat zərbə vurub.
Fanat.az xəbər verir ki, avrokuboklardan kənar qalan "ağ-qaralar" ən bahalı legionerlərindən birini itirib. Qırmızı vərəqə almaqla komandasını azlıqda qoyan Vançe Şikovun ayağı sınıb. Bu haqda "Futbol+" məlumat yayıb.
Klub rəsmilərinin verdiyi məlumata görə makedoniyalı legionerin ayağı 4 həftə gipsdə qalacaq. Yalnız bundan sonra onun yaşıl meydanlara nə vaxt dönəcəyini söyləmək mümkündü.
Fanat.az