"Neftçi"nin yeni transferi Bakıya gəldi

"Neftçi"nin yeni transferi Bakıya gəldi

Xəbər verdiyimiz kimi, "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirir. Söhbət Katalin Tiradan gedir.

Futbolçu klubun dəvəti ilə artıq Bakıya gəlib. Onunla yaxın günlərdə 1 illik sözləşmə imzalanacaq. 22 yaşlı forvardın özü də sosial şəbəkədə yaşadığı yer olaraq Bakını qeyd edib.

Xatırladaq ki, onun sonuncu klubun Rumıniya "Rapid"i olub. Katalin bundan başqa ölkəsində "Konkordia" və "Braşov" klublarında da forma geyinmək şansı qazanıb. Hollandiyada isə "Den Haaq" komandasının şərəfini qoruyub. Rumıniyanın U-21 millisində 3 oyunda formasını geyinmiş Katalin Tira "Latsio"nun U-19 və "Udineze"nin əvəzedici komandasında da çıxış edib. (Sport7.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər