"Neftçi"nin yeni məşqçisi: "Vəziyyətin düzəltmək üçünburadayam"

"Neftçi"nin yeni məşqçisi: "Vəziyyətin düzəltmək üçünburadayam"

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin yeni köməkçisi Aleksandr Deriberinin Fanat.Az saytına müsahibəsi.

 

- Azərbaycana gəlişiniz necə oldu?

- 2008-ci ildə Elxan Abdullayevlə Ukraynada A kateqoriyasını oxuyanda tanış olmuşuq. O vaxtdan əlaqələrimiz var idi. Bir neçə dəfə Bakıya gəlmişəm, görüşmüşük. Elxan müəllimdən təklif gələndən sonra klubdan ayrılmaq qərarına gəldim. "Drujba"nın rəhbərliyi ilə danışıb, razılıq əldə etdik. Bildiyiniz kimi, o klubun baş məşqçisi idim.

- Nəyə görə təklifi qəbul etdiniz?

- Bir-birimizi çox yaxşı tanıyırıq və futbola baxışlarımız eynidi.

- "Neftçi"nin indiki durumundan yəqin ki, xəbərdarsız?

- "Neftçi"nin vəziyyətini bilirəm. Bilirəm ki, çətin günlər keçirir. Ancaq vəziyyətin düzəltmək üçün  buradayam. "Neftçi" Azərbaycanın top-klubudur. Hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Oyuna baxıram, müəyyən problemlər var ki, onları aradan qaldırmaq lazımdır. İki gündür ki, klubun bazasındayam. Əsas odur ki, işgüzar ab-hava var. Bir qədər vaxt keçəndən sonra vəziyyət düzələcək. 

- Futbolçuların durumu sizi qane edir?

- Hazırda əlimizdə olan futbolçuarla oynamaq məcburiyyətindəyik. Hələ ki, başqa şansımız yoxdur. Legionerlərin səviyyəsi haqda danışa bilmərəm. Biz heyətin gücləndirilməsi ilə bağlı işlərimizi davam etdiririk.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər