Xəbər verdiyimiz kimi, "Neftçi"yə yeni icraçı direktor təyin olunub. Elnur Məmmədovun qovulmasından sonra bu post onun adaşı Elnur Eyvazova həvalə edilib.
Fanat.Az xəbər verir ki, Gəncə şəhərində anadan olan Elnur Eyvazov buna qədər ADCO reklam şirkətinin direktoru vəzifəsində çalışıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. 2005-2010-cu illərdə mətbuatda çalışıb. 2010-2012-ci illərdə “Meqa Sığorta” ASC marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsini tutub. 2012-ci ildə “ADCO” MMC-ni təsis edib və bu günə qədər həmin şirkətin direktoru kimi çalışıb. Şirkətin əsas fəaliyyət növü reklam və marketinq xidmətləridi. Bundan əlavə o, Maliyyə və Fond birjalarında treyder kimi də aktiv fəaliyyət göstərir.
Ailəlidi, iki övladı var.
Fanat.Az