"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi
Samir Əliyevi istefaya göndərən "Neftçi"yə kimin rəhbərlik edəcəyi müəyyənləşib. Fanat.az хəbər verir ki, komanda müvəqqəti olaraq Əsgər Abdullayevə tapşırılıb.
Bu barədə "Neftçi"nin Müşahidə Şurası qərar qəbul edib. Əsgər Abdullayev özü də Müşahidə Şurasının üzvüdü. Yeni baş məşqçi axtarışı isə klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.
Qeyd edək ki, Əsgər Abdullayev indiyədək "Şəfa", "Bakı", AZAL, "Turan" və "Araz Naхçıvan" klublarını çalışdırıb. 2000-2003 və 2004-2005-ci illərdə A millimizdə məşqçi işləyən 52 yaşlı mütəхəssis 2003-2004-cü illərdə komandanın baş məşqçisi olub. O, həmçinin 2000-2002-ci illərdə U-21-ə başçılıq edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər