"İnter"dən ayrılan Vüqar Nadirov hələ də özünə yeni iş yeri tapmayıb. Futbolçunun "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, milli üzvü bunu təkzib edib.
Fanat.az xəbər verir ki, sport7.az saytına açıqlama verən təcrübəli hücumçu məsələyə belə aydınlıq gətirib: "Neftçi" rəhbərliyindən mənə hər hansı bir təklif gəlməyib. Təbii ki, təklif gəlsə, bunu qəbul edərəm. Niyə də qəbul etməyim? Amma hələlik gündəmdə belə bir məsələ yoxdu. Ümumiyyətlə, Azərbaycan klublarından təklif almamışam. Çox güman ki, karyeramı ölkə xaricində davam etdirəcəm. Bu məsələ ilə bağlı menecerim məşğul olur. Yəqin ki, qarşıdakı günlərdə məsələyə tam aydınlıq gələcək".
Fanat.az