"Neftçi"nin saxtakarlığı üzə çıxdı

"Neftçi"nin saxtakarlığı üzə çıxdı

Bir müddət əvvəl "Neftçi" monteneqrolu qolkiper Milan Miyatoviçlə müqavilə bağlamaq niyyətində olsa da, son anda tərəflər razılığa gələ bilməmişdi. 

Fanat.az xəbər verir ki, bakılılar əlcək sahibinin tibbi baxışdan uğurlu keçmədiyini, futbolçunun xəstə olduğunu qeyd etmişdi.

Qolkiper isə öz növbəsində məsələyə münasibət bildirərkən, klubu ona saxta müqavilə təklif etməkdə qınamışdı. 

Deyəsən, "Neftçi"nin saxtakarlığı yavaş-yavaş üzə çıxır və öz təsdiqini tapır. Məsələ burasındadı ki, Bakı klubun xəstə dediyi qapıçı keçmiş klubu "Bokel"ə qayıdıb. 28 yaşlı qolkiper komandasının heyətində Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Voyvodina" klubuna qarşı oyun keçirib. Matç isə 1-1 hesabı ilə başa çatıb.

Görəsən, Miyatoviç xəstə imişsə, ötən gün oyuna necə çıxıb? 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər