"Neftçi"nin sabiq üzvü Belçika klubunda - FOTO

"Neftçi"nin sabiq üzvü Belçika klubunda - FOTO
"Neftçi"nin sabiq futbolçusu Ernest Nfor yeni klub tapıb. Fanat.az xəbər verir ki, kamerunlu futbolçu Belçikanın 3-cü liqasında çıxış edən "Beerşoot" klubuna keçib. 
2 illik müqaviləyə imza atan futbolçu klubun rəsmi saytına açıqlama verib: "Yenidən Belçikada oynayacağım üçün çox sevinirəm. Klubun layihələri ilə tanış oldum və bu məndə çox gözəl təəssürat yaratdı. Çox böyük ambisiyaları var. Uzun illər burda qalmışam".
Nfor "Neftçi" karyerasını da xatırlayıb: "Azərbaycanda və "Neftçi"də gözəl günlər keçirtmişəm. Orda ölkə kubokunu qazandıq, Avropa Liqasının qrupunda oynadıq. Azərbaycanda maliyyə və idman şəraiti yüksək səviyyədə idi. Orda hər şeydən razı qaldım. Amma bunlar artıq xatirəyə çevrilib".
Qeyd edək ki, Nfor 2013-2015-ci illərdə çıxış etdiyi "Neftçi"nin heyətində 64 oyun keçirib və 14 qol vurub. Ölkəmizdən ayrıldıqdan sonra Səudiyyə Ərəbistanın "Əl-Vehda" klubunda çıxış edən kamerunlu hücumçu əvvəllər vətənində "Sable", Bkelçikada isə "Gent", "Deynze", "Kortrik" və "Sulte Varegem" klublarında çıxış edib.
"Neftçi"nin sabiq üzvü Belçika klubunda - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər