"Neftçi"nin sabiq qapıçısı Conni Leoni karyerasını Yaponiyada davam etdirəcək. Fanat.az xəbər verir ki, İsveçrə yığmasının sabiq üzvü J3 liqasında çıxış edən "Naqano Parseyro" klubuna keçib.
Qeyd edək ki, "Neftçi" Leonini 2013-cü ildə Cənubi Kiprin "Omoniya" klubundan icarəyə götürmüşdü. Lakin "ağ-qaralar"ın heyətində möhkəmlənə bilməyən qolkiper bir müddət sonra ölkəmizi tərk etməli olmuşdu. 2011-ci ildə İsveçrənin A millisində bir oyun keçirən 31 yaşlı qapıçının son iş yeri vətənində "Le Mont" klubu olub.
Fanat.az